Tanımış rusiyalı aktrisa ölkəsini tərk etdi

Tanımış rusiyalı aktrisa ölkəsini tərk etdi
DÜNYA
18:46 02.04.2022
362
Aktrisa İnqeborqa Dapkunayte Rusiyanı tərk etdiyini açıqlayıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı aktrisa oğlu ilə bərabər müvəqqəti olaraq Brüsselə köçdüyünü söyləyib.

"Mən buradayam, çünki ailəm, bacım və anam da buradadır", - 59 yaşlı aktrisa bildirib.

İnqeborqa Dapkunayte dünyada rusiyalı sənət adamlarına qarşı həyata keçirilən boykot kampaniyasını dəstəkləmədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR