Cənubi Koreyalı aktrisa Park Soo Ryun pilləkənlərdən yıxılaraq dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 29 yaşında dünyasını dəyişən aktrisanın orqanları xəstələrə bağışlanıb.
"Snowdrop" da daxil olmaqla bir sıra seriallardan rol alan cənubi koreyalı aktrisa həftə sonu şou üçün Jeju adasına yollanıb. İstedadlı aktrisa evinə qayıdarkən pilləkənlərdən yıxılaraq ağır yaralanıb.
İyunun 11-də qəza keçirən Park Su Ryun dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra həyata qaytarılan məşhur aktyor bütün cəhdlərə baxmayaraq komaya düşüb. Daha sonra vəfat edib.
Acı xəbərdən sarsılan gözəl aktrisanın ailəsi başqalarına ümid işığı olmaq üçün qızlarının orqanlarını bağışlamağa qərar verib.
Gülay