Tanınmış aktyor vəfat etdi - FOTO

Tanınmış aktyor vəfat etdi - FOTO
DÜNYA
13:39 16.08.2026
179
Britaniyalı aktyor Nik Cozef vəfat edib.

Aktyor 73 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Nik əsasən ikinci dərəcəli rollarda çəkilib. O, tamaşaçılara 1977-ci ildə ekranlaşdırılan "Ulduz müharibələri: Epizod IV - Yeni ümid" filmində mayor "Arhul Hekstrofon" obrazı ilə tanış olub. O, həmçinin "Məni sevən casus", "Doktor Kim", "Bleykin 7-liyi" və digər ekran işlərində rol alıb. Onun son işi 2019-cu ildə "EastEnders" serialında canlandırdığı südçü Bert obrazı olub.
OXŞAR XƏBƏRLƏR