Tanınmış aktyorun qızı: ‘Atam məni zorlayırdı’ - FOTO

MARAQLI
18:52 11.01.2013
5569

20 il əvvəl dünyasını dəyişmiş əfsanəvi alman aktyor Klaus Kinskinin qızı, 60 yaşlı Pola Kinski atası ilə bağlı heyrət doğuran açıqlama ilə çıxış edib.

Pola Kinskinin dediyinə görə, 5 yaşından sonra 14 il atasının sürəkli təcavüzlərinə məruz qalıb. 1991-ci ildə Kaliforniyada 65 yaşında vəfat etmiş aktyorun qızı deyib: "Atam 15 yaşlı rəfiqəmi də zorlamaq istəyirdi, amma ona son anda mane ola bildim. Atam əxlaqsız, təcavüzkar insandı. İllər boyu susdum, danışmadım. Atam başıma gətirdikləri ilə bağlı kimsəyə heç nə deməməyimi tapşırmışdı. İyrənc əməlinin əslində normal, təbii davranış olduğunu deyirdi. Dünyadakı bütün ataların belə etdiklərini söyləyirdi. "Sadəcə, saxtakarlığın yayıldığı Almaniyada bunlar təbii sayılmır" deyirdi atam", - Pola Kinski "Stern" jurnalına verdiyi müsahibəsində deyib. (Milli.az)

OXŞAR XƏBƏRLƏR