Tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq

SOSİAL
11:01 12.05.2016
1384
Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.
Bu barədə apa-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

OXŞAR XƏBƏRLƏR