ARB TV-də yayımlanan "Gəlin danışaq” verilişinin aparıcısı Zümrüd Qasımova kanalla yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, Qasımova bu haqda sosial şəbəkədə məlumat yayıb. O "Bu gün ARB TV ilə yollarımızı ayırdıq. Bu bir il ərzində mənimlə çiyin-çiyinə işləyən hər bir kəsə təşəkkür edirəm. Hamıya uğurlar”, - deyə şərh verib.