Tanınmış azərbaycanlı fəal həbs edildi

DÜNYA
00:07 10.12.2012
1971

İranda tanınmış azərbaycanlı fəal dekabrın 8-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları tərəfindən həbs edilib. 

Verilən məlumata görə, Mehdi Həmidi Şəfiq Təbrizdəki evində tutulub. Ötən il sentyabrın 2-də Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında  həbs edilən fəal hakimiyyət əleyhinə fəaliyyətdə və ölkənin   təhlükəsizliyini pozmaqda ittiham edilib. Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən M.H.Şəfiq 21 ay azadlıqdan məhrum edilib. Məhkəmə qərarının icrası üçün azərbaycanlı fəal yenidən həbs edilib. Onun hazırda  Təbriz həbsxanasında olduğu bildirilir. /APA/

OXŞAR XƏBƏRLƏR