Tanınmış azərbaycanlı modelyer uddan danışdı - FOTOLAR
MƏDƏNİYYƏT
14:34 10.04.2013
1868
Tanımış modelyer Fəxriyyə Xələfova əlinə ud aldı.AZXEBER.COM-un məlumatına görə, əməkdar incəsənət xadimi udu əlinə alıb Azərbaycanın qədim musiqi alətinin özəlliklərindən danışıb:"XVII əsrdə yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu "bütün musiqi alətlərinin şahı" adlandırmışdı.Səsində bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə ediblər".