Tanınmış azərbaycanlı müğənni həbs olundu

MAQAZİN
17:45 16.06.2014
7243

Azərbaycanlı müğənninin həbs xəbəri yayıldı.

Gecce.az-ın məlumatına görə,"Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.

Məlumata görə,ifaçı bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilib.Amma buna baxmayaraq İntizar təxminən 10 gün öncə,sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən,hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb.Müğənninin Rusiyaya bu dəfəki gedişinin səbəbi xalası oğlunun orada baş tutacaq toy mərasimi olub.

Əldə etdiyimiz məlumata görə, İntizar əməkdar artist Ədalət Şükürovun xahişi ilə,Sankt Peterburqdan Moskvaya gətirilib.50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub.Buna səbəb isə məhkəmənin həmin işi araşdırması deyilir.

Xatırladaq ki,müğənninin 50 gün ərzində Bakıda iştirak edəcəyi toy məclislərini isə Ədalət Şükürov və Qala qrupu idarə edəcək.

OXŞAR XƏBƏRLƏR