Səndə geyim yaradıcılığına maraq nə vaxtdan başlayıb?
Geyim yaradıcılığına maraq məndə lap qundaqdan başlayıb. Məni həmişə geyim maraqlandırıb və artıq yeddi-səkkiz yaşımda jurnalların dəb səhifələrini yığıb kolleksiya edirdim. Hələ o vaxtlar bütün dünyada məşhur olan modelyerləri tanıyırdım. Yəni, iynəni əlimdə tutmağı bacaran vaxtdan məndə geyim yaradıcılığına maraq oyanıb.
Ümumiyyətlə, modelyer kimdir?
Hər şeydən əvvəl, modelyer yaradıcı insandır. O, bijuteriya, ayaqqabı, geyim və ya hər hansı başqa sahə olur-olsun, rəssamdır. Modelyerin gördüyü iş onun dünyagörüşünün, şəxsiyyətinin, mənliyinin təcəssümüdür. Sonra o, konstruktor, istehsalçı, texnar və s. olmalıdır. Təbii ki, bu xüsusiyyətləri olmasa, onun kütləyə nümayiş etdirdiyi dəb heç vaxt maraqlı olmayacaq.
Hər dövrün özünə xas üslubu var. Yaşadığımız dövrün üslubu haqqında nə deyə bilərsən? Zamanın geyim üslubuna nə xasdır?
Hamı gözəl bilir ki, axır on-on beş ildə bir çox ölkələrin tarixi dəyişilib. Iş orasındadır ki, hər bir siyasi hadisə insanların həyat tərzinə, üslubuna təsir göstərir. Elmi-texniki tərəqqi də, həmçinin üsluba, dəbə öz təsirini göstərir. Insanlar adi günlərini bayrama çevirmək istəyirlər. Bir çoxları xalq geyim üslubunu üzə çıxarırlar. Xalq geyim üslubu da özü-özlüyündə çox zəngindir və dəbdəbəlidir. Deyə bilərəm ki, hal-hazırlda dəb aləmində qarışıqlıqdır və bu hələ on beş-iyirmi il də bundan sonra davam edəcək.
Səbinə Hüseyn - ticarət nişanıdır?
Əlbəttə ki, bu gün Azərbaycanda belə bir
brend var.
Dəb öz-özünə əmələ gəlirmi?
Bəli, olur. Məsələn, dəb arenasına yeni, yavan bir modelyer çıxaraq, bütün diqqəti öz üzərinə cəlb edə bilər və ya hər hansı tanınmış modelyer müəyyən bir dövrdə yaşadığı stres, depressiya və ya başqa hisslərinin nəticəsində ortaya öz üslubundan kənar bir mövzu, əsər çıxara bilər. Bu da, öz növbəsində, kütlənin, mediyanın diqqətini cəlb edə bilər və yeni dəb yaranar.
Modelyerlər təkrarlanırlarmı? Əgər təkrarlanırlarsa, başqa modelyerlər buna necə baxırlar?
Bəli, olur. Ticarət nişanı onda satılır ki, onun tendensiyası aparıcı ticarət nişanlarının tələblərinə cavab versin. Prinsipcə, qadınlar öz-özlərində başıboş məxluqlardır. Ağıllı qadın çox azdır. Indiki dövrdə demək olar ki, ağıllı qadınlar da başıboş görünmək istəyirlər. Dəbə gəldikdə, onlar özlərini qoyun sürüsü kimi aparırlar. Əgər hər hansı dəbdəolan jurnal yazsa ki, bu və ya digər məhsul bu gün dəbdədir, onlar qoyun sürüsü kimi bu məhsulun olduğu yerə gedərək, onu əldə etmək üçün əllərindən gələni edəyəklər. O da ola bilər ki, bu və ya digər məhsul bahadır. Buna görə də daha ücüz brendlər onu təkrarlayır. Bu gün bütün dünyada həddən artıq dəb evləri var. Buna görə də öz üslubunu tutub-saxlamaq, ancaq öz yolunla getmək çox çətindir.
Həyatında neçə kişi olub?
Unutmaq istədiyim kişiləri saymasaq, çox az.
Xarici görünüşünü hansı meyara görə qiymətləndirirsən?
Belə düşünürəm ki, çox mənalı gözlərim var və həmsöhbətimi qulaq asmağa məcbur edə bilirəm. Xarici görünüşə gəldikdə isə, özümdən çox narazıyam.
Işində ən çətin nədir? Ümumiyyətlə, həyatında hansı çətinliklərin var?
Ən çətini, hazır kolleksiyanın kütlə tərəfindən necə qəbul olunacağını gözləməkdir. Həyatıma gəldikdə isə, ən böyük çətinliyim şəxsi həyatımdır. Bir qayda olaraq, həyatda hər hansı nailiyyəti olan yaradıcı insanların şəxsi həyatlarında problemləri olur. Mənim də, həmçinin.
Bəlkə sayaq?
(Gülərək, red.) Əgər saymağa başlasaq, onlar hamısı məşhur olarlar.
Bədəninin hansı hissəsini daha çox sevirsən?
Bədənimi heç sevmirəm. Mənim ruhum gözəldir.
"Guya" çəkildiyin pornoçarx barəsində nə deyə bilərsən? Ya bəlkə, doğrudan da çəkilmisən?
Söhbətin üstündən bu qədər vaxt keçdiyinə görə, mənə elə gəlir ki, bu mövzuya toxunmaq bir qədər maraqsız olar. Mən pornoqrafiyanı sevmirəm. Yaradıcılığımda da, həyatda da erotikanın tərəfdarıyam. Kütləyə təqdim olunan pornoçarxın - çox ucuz, primitiv, eybəcər olduğunu düşünürəm. Belə bir şey etsəydim, daha gözəl alınardı.
Yəni, belə bir şeyin olmadığını deyirsən?
Insan şəxsiyyətinin ikiyə ayrılması ola bilər.
Yəni...
Bu suala cavab verməyəcəyəm.
Seks faydalı şeydir, ya yox?
Çox faydalı şeydir. Əlbəttə ki, əgər qadının partnyoru onu hərtərəfli qane edirsə.
Necə təyin edirsən ki, bu adamla sevişməyə dəyər, ya yox?
Bilirsiniz, mənə elə gəlir ki, insanlar arasında cərəyan olmalıdır. Bəzən bu cərəyan aldadıcı olur. Belə hallarda o insanı unuduram, onun telefon nömrəsini kitabçamdan silirəm. Əgər məni qane edirsə, onun bəzi başqa xüsusiyyətlərinə göz yuma bilərəm.
Səni necə əldə etmək olar?
Yaxın bir rəfiqəm deyir ki, mənim yanımda həmişə dəlisov insanlar olur. Nə bilim... yəqin ki, bir az qeyri-adi insan olmalıdır. Seksual baxımdan da...
Elə bir seksual hadisə olubmu ki, onunla fəxr edəsən?
Mənim üçün seks fəxr etməli bir şey deyil. Əlbəttə, mən deyə bilərəm ki, bir gecədə on beş-on səkkiz dəfə orqazmım olub və ya iki sutka yemədən-içmədən non-stop sekslə məşğul olmuşam. Amma bununla fəxr etmək, mənyə, axmaqlıqdır. Bu, sadəcə olaraq, qeyri-adi seks mayərasıdır.
Hamıya bəllidir ki, Fransada yaşamısan və oxumusan. Fransız dilində hansı ən seksual sözü bilirsən?
Bu mənim ən çox sevdiyim sözdür: Ye t"aim (Jö tem - səni sevirəm).
"Fransızsayağı" məhəbbətin olubmu?
Qadınla münasibəti nəzərdə tutursansa, əlbəttə olub. Amma lesbiyan deyiləm (gülür, red.).
Həyatda ən çox nədən qorxursan?
Ilandan
Həddən artıq kədərlənmisənmi?
Əlbəttə, olub. Bu barədə heç vaxt danışmamışam. Mənim olduqca zəngin (yeri gəlmişkən o, azərbaycanlı deyildi) və məni olduqya çox sevən bir insan olan birinci ərim mənə lazım olanda gəlmədi və arxamda durmadı. Bu mənim üçün gözlənilməz idi və mən şok vəziyyətində idim. Elə indi də bu hadisənin təsiri altındayam, əgər belə olmasaydı, bu neçə ili susmazdım.
Nəyə mübtəlasan?
Başqalarının yarada bilmədiyini yaratmaq eşqinə mübtəlayam.
Eşitdiyin ən axmaq kompliment yadındadırmı?
Belə bir şey olub. Amma o söz yadımdan çıxıb.
Əgər sirr deyilsə, bu gün Səbinə Hüseyn nə qədər qazanır?
Yaradıcı insanın qazancı heç vaxt sabit olmur. Çünki bizim işimiz əhval-ruhiyyədən asılıdır.
Heç olmasa çatırmı?
Əlbəttə ki, yox. Hər bir qadın kimi mən də bədxərcəm.
Hazırda kiminlə yatıb, kiminlə oyanırsan?
Çoxdandır ki, heç kimlə yatmıram.
Maraqlıdır... niyə?
Çünki çox sevdiyim insan burda yaşamır, onu əvəz etmək istədiyim insan isə evlidir. Onunla yatsam da, oyananda yanımda olmur.
Sekslə məşğul olan zaman klitoral orqazma üstünlük verirsən, yoxsa vaginal orqazma?
Əgər klitoral orqazma üstünlük versəydim, lesbiyan olardım.
Özündən razısan?
Özümdən çox narazıyam.
Ilk iş yerin yadındadırmı?
Nənəm yeməkxana müdiri idi. Onda on beş yaşım vardı. Məni özünə katibə götürdü ki, işə marağım oyansın. Müdirimin nənəm olmasına baxmayaraq, işdə çox məsuliyyətli idim.
Ilk məhəbbətim?
Uşaq bağçasında.
Ilk öpüşün?
O da uşaq bağçasında olub. Onunla evlənib dörd uşaq sahibi olmağı planlaşdırırdıq.
Tikdiyin ilk paltar?
Mənim oyunyaq kirpim var idi. Göbəyi açıq olduğu üçün ona önlük tikdim. Üç və ya dörd yaşım var idi.
Ilk nikahın?
Cəmi ilyarım sürdü. On doqquz yaşımda.
Ilk məyusluğun?
Möhkəm xəstələnmişdim. Həkim mənə dedi ki, əgər səhhətinə сiddi fikir verməsəm, çox yaşamayacaqsan.
Həyatdan nə istəyirsən?
Yaşamaq istəyirəm.
Hansı sualı eşitmək istərdin?
Kişilərə demək istəyirəm ki, xarici örtüyümün altında həddən artıq incəqəlbli, sakit, xoşxasiyyət bir insan gizlənir.
Tanınmış azərbaycanlı porno ulduzun fotolarını təqdim edirik: 