Tanınmış azərbaycanlı repçi qızlarının fotolarını Facebook-da paylaşdı - Foto

Tanınmış azərbaycanlı repçi qızlarının fotolarını Facebook-da paylaşdı - Foto
MAQAZİN
10:20 11.10.2013
1510

“Dəyirman” qrupunun üzvü Malik Kələntərli qızlarının fotolarını sosial şəbəkədə paylaşıb.

AZXEBER.COM xəbər verir ki, repçi “ATV Maqazin” jurnalının qızları Şanis və Xədicə ilə birgə etdiyi fotosessiyadan bir neçə fotosunu özünün Facebook səhifəsində yerləşdirib:“Qızlarım xasiyyətçə bir-birinin əksidir. Şanis təbiətcə çox sakit, Xədicə isə əksinə, çılğındır. Xədicə adını çox bəyənirəm. İlk növbədə, ona görə ki, peyğəmbərimizin həyat yoldaşı olub. Xədicə həm də nənəmin adıdır. Şanis 1994-95-ci illərdə dostlarımız arasında ən sevdiyimiz ad idi. Belə qərara gəlmişdik ki, kimin birinci qız övladı olsa, ona Şanis adını verəcək. Ad mənim qismətimə düşdü”.M.Kələntərli jurnala açıqlamasında qızları ilə münasibətlərindən də danışıb:“Tərbiyə sistemimiz fərqlidir. Məncə, uşağı döymək yox, sözlə başa salmaq lazımdır. Qızımla dost kimiyik və tez-tez söhbətləşirik. Hətta bilmək istədiyi sualı da ilk olaraq, anasına yox, mənə verir”.

OXŞAR XƏBƏRLƏR