Tanınmış azərbaycanlı teleaparıcı ilk dəfə xanımı ilə görüntüləndi - FOTOLAR

MAQAZİN
08:32 14.09.2012
4946
Əkbər Əlizadə 8 ildir ki, xoşbəxt evlilik həyatı yaşayır.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist, eləcə də uzun illər Space TV-də aparıcı kimi fəaliyyət göstərən Əkbər Əlizadəni ilk dəfə həyat yoldaşı ilə birlikdə görüntüləməyə müvəffəq olub.Çəkiliş apardığını görən aktyor öncə şəkillərinin çəkilməsini istəməsə də, xanımın xoş yanaşmasını görüb fikrindən daşındı: “Əslində heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəmirəm.
Səbinə sevib-seçdiyim, mənə iki qız bəxş edən xanımdır. Əsl sevgi üzərində möhkəm ailə təməli qurduq. Bu il böyük qızımız orta məktəbdə birinci sinifə gedəcək. Allahdan arzumdur ki, bütün valideynlərə ürəkdolusu övladlarının xoş günlərini görmək nəsib olsun”.

OXŞAR XƏBƏRLƏR