Tanınmış azərbaycanlı yazarın həyat yoldaşı vəfat etdi

Tanınmış azərbaycanlı yazarın həyat yoldaşı vəfat etdi
SOSİAL
11:55 25.10.2016
1608
 
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı, kulturoloq Aydın Xan Əbilovun həyat yoldaşı vəfat edib. 

AZXEBER.COM-un verdiyi məlumata görə, bu barədə yazıçı Aydın Xan Əbilov sosial şəbəkədə özü məlumat verib: "Həyat yoldaşım, iki oğlumun anası bu gecə böyrək çatışmazlığından dünyasını dəyişdi. O mənim əziyyətimi çox çəkmişdi, yazıçı arvadı olmaq, cəhənnəm qapıçısı işləməkdən çətindir, söz yox, amma Xan xanımı da olmaq şərəfdir".

Yazıçı bildirib ki, yoldaşının vəsiyyətinə uyğun olaraq Lənkəranda torpağa tapşırılacaq. 

Qeyd edək ki, Aydın Xan Əbilov iki oğul atasıdır
.
OXŞAR XƏBƏRLƏR