O məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında Asyanın durumunun kritik olduğu bildirib.
Ramal İsayevin sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb:
"Dişində problem vardı. Müalicə zamanı dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır".
Aysel Hacızadə