Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, mərhum martın 4-də torpağa tapşırılıb.
Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.
Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra Azərbaycan radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.
Allah rəhmət eləsin!