01:58 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Tanınmış ekspertə ağır itki üz verdi - "Nəşini gözləyirəm"

11:58, 11.09.20193672
Tanınmış ekspertə ağır itki üz verdi -
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: "Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm".
XƏBƏR LENTİ