Tanınmış fotoqraf-jurnalist Mehdi Abbasov vəfat edib.
Bu barədə AZXEBER.COM-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, M. Abbasov dünən ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, mərhum fotoqraf-jurnalist uzun illər "Bakınski Raboçiy" qəzetində redaksiya müdiri vəzifəsində çalışıb.











































