Qəza Braziliyanın Aurana əyalətində baş verib
Braziliyalı futbolçu Fernandao vəfat edib. AZXEBER.COManspress-ə istinadən məlumatına görə, 36 yaşlı veteran hücumçu helikopter qəzasında həlak olub. Qəza Aurana əyalətində baş verib. Nəticədə Fernandao da daxil olmaqla helikopterdəki 5 nəfər həlak olub. Qəzanın səbəbi hələlik bəlli deyil. Qeyd edək ki, Fernandao karyerası ərzində Braziliyanın "Qoias", "İnternasional", "San Paulo", Fransanın "Olimpik" (Marsel), "Tuluza" və Qətərin "Əl-Qarafa" klublarında top qovub. DÇ-2006-da Braziliya millisinə dəvət alan hücumçu bir oyunda meydana çıxıb. 2011-ci ildə "San Paulo"da yaşıl meydanlarla vidalaşan Fernandao bir il sonra karyerasının ən yaxşı illərini keçirdiyi "İnternasional"ın baş məşqçisi təyin olunub.

