Tanınmış futbolçu seriala çəkiləcək

MARAQLI
00:48 16.09.2011
1704

Türkiyənin məşhur futbolçusu İlhan Mansız serial biznesinə girişib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mansız “Üzləşmə” adlı serialında baş rolu Paşhan Yılmaz adlı aktyorla bölüşəcək. Biri-birindən xəbərsiz olan iki qardaşın həyatından bəhs edən filmin yayımlanması üçün artıq bir neçə kanalla danışıqlara başlanılıb. Serialda İ.Mansız eyni ilə “Kuzey Güney” serialında olduğu kimi bir küçə döyüşçüsü obrazını canlandıracaq. Kinonun rejissoru Şenol Sönmez yeni sezona iddialı girişlə başlayan “Güney Kuzey” serialından sonra iki qardaşın həyat hekayəsindən bəhs edən “Üzləşmə”nin ekran başına böyük tamaşaçı toplayacağını bildirib. Çəkilişlərinə bir həftə sonra Berlində başlanacaq filmin dekabr ayında yayımlanması nəzərdə tutulur. Xatırladaq ki, İ.Mansız Türkiyə Milli Komandasının heyətində 2002-ci ildə Yaponiya və C.Koreyada keçirilən futbol üzrə Dünya Çempionatında Dünya üçüncüsü olub. Milli komandada oynadığı 38 oyunda 7 qol vuran İ.Mansız adıçəkilən Mundialda Seneqal yığmasına 94-cü dəqiqədə vurduğu qol sayəsində bütün dünyada tanınmışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı