Tanınmış futbolçu zorlamada günahlandırılır

İDMAN
19:33 22.10.2014
1424

Futbolçu 5 dostu ilə birlikdə qıza restoranda rast gəliblər.

"Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır.AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi məlumatına görə, "Santos"un heyətində icarə əsasında çıxış edən braziliyalı, 18 yaşlı qızın şikayəti əsasında müstəntiqin suallarını cavablandıracaq.

Hadisə 2013-cü ilin yanvar ayında baş verib. Robinyo 5 dostu ilə birlikdə həmin qıza restoranda rast gəliblər.

Futbolçunun xanımı yanında olsa da, o, tezliklə həyat yoldaşını evə aparıb və yenidən restorana qayıdıb. Sözügedən hadisə də bundan sonra baş verib.

Qeyd edək ki, 2009-cu ildə "Mançester Siti"də oynayarkən də Robinyonun adı analoji məsələdə hallanmışdı.

OXŞAR XƏBƏRLƏR