Tanınmış futbolçu karyerasını bitirdi.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət "Qalatasaray”da və "CF Intercity”yə transfer olunan Emre Çolak 31 yaşında karyerasına son qoyub. İspaniyanın 3 Liqa komandalarından biri olan CF Intercity-də çıxış edən Emre Çolak Türkiyəni boğan zəlzələlərdən sonra futbolu tərk etdiyini açıqlayıb.
Zəlzələdən sonra yubiley qərarı verən Çolak "Futbolu buraxdım..." ifadələrindən istifadə edərək status yazıb.
"Qalatasaray"la 180 matça çıxan Emre Çolak müvafiq olaraq "Deportivo", "Al-Wehda", "Göztepe", "Hatayspor", "Fatih Karagümrük", "Medipol Başakşehir" və "CF Intercity" kimi komandaların da formasını geyinib. A Milli Komandanın formasını da tərləyən Emre Çolak meydana çıxdığı 4 matçda 1 məhsuldar ötürmə ilə çıxış edib.
Günel