Azərbaycanın tanınmış futbolçusu Mübariz Zeynalov dünyasını dəyişib.
«Neftçi» klubunun rəsmi saytında verilən məlumata görə, «Neftçi» PFK-nın Müşahidə Şurasının üzvü, Azərbaycan futbolunun veteranı, SSRİ çempionatının bürünc mükafatçısı Mübariz Zeynalov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, 70 yaşlı veteran futbolçu bu yaxınlarda ürəyindən əməliyyat keçirmişdi.