Tanınmış güləşçi Ekologiya postu ərazisində bıçaqlandı

Tanınmış güləşçi Ekologiya postu ərazisində bıçaqlandı
SOSİAL
00:01 08.01.2020
6604
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.
OXŞAR XƏBƏRLƏR