Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb

Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb
SOSİAL
12:29 14.07.2025
262
Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Səbail rayon Prokurorluğunda Cahid Şahbazov Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib.
C.Şahbazovun vəkili Asim Abbasov "Report"a açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: "Müvəkkilin Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır".

Qeyd edək ki, oftalmoloq Cahid Şahbazov barəsində vətəndaş Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR