Tanınmış iş adamı Yunanıstanda qəzaya düşdü - Vəziyyəti ağırdır

Tanınmış iş adamı Yunanıstanda qəzaya düşdü - Vəziyyəti ağırdır
DÜNYA
13:07 22.08.2025
208
Tanınmış "Volt” və "Velocity” maliyyə şirkətlərinin baş direktoru Tom Qrinvud Yunanıstanın Mikonos adasında motosikleti ilə qəzaya düşüb.
 
AZXEBER.COM xəbər verir ki, milyarder iş adamının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, tanınmış iş adamı təcili xəstəxanaya çatdırılıb və müalicə zamanı infarkt keçirdiyi məlum olub.

Daha böyük xəstəxanaya köçürülməsi istənilən milyarderin helikopterdən istifadə edərək aparılması nəzərdə tutulsa da, vəziyyətinin ağır olması səbəbindən tibb işçiləri bundan imtina ediblər.
 
Buna görə də Qrinvud Afinadakı xəstəxanaya köçürülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR