Tanınmış jurnalist öldürüldü

Tanınmış jurnalist öldürüldü
DÜNYA
17:22 11.05.2022
614
Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Akile İsraildə öldürülüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əl-Cəzirə telekanalının qadın müxbiri Şirin Əbu Akile işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində öldürülüb.
 
Belə ki, jurnalist başından güllə yarası alıb, nəticədə dünyasını dəyişib.
 
Bildirilir ki, hadisə nəticəsində daha bir jurnalist - Ali as-Samudi də yaralanıb. Onun vəziyyəti sabit olaraq qiymətləndirilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR