Bakıda oğru qadının çantasını küçənin ortasında belə oğurladı - VİDEO

Bakıda oğru qadının çantasını küçənin ortasında belə oğurladı - VİDEO
SOSİAL
14:03 02.03.2018
2803
Bakıda jurnalistin çantasını maşınından oğurladyıblar. 
 
AZXEBER.COM xəbər verir ki, Xəzər TV-nin əməkdaşı Ülkər Qaımqızının əl çantası oğurlanıb. Mebel mağazasının qarşısında avtomobilini saxlayan aparıcı çantasını maşında qoyaraq, nişanlısı ilə mebel mağazasına girib. Onlar mebel alan zaman maşının yanından keçən oğru maşının açıq olduğunu görüb. Fürsəti əldən verməyən oğru bir neçə dəqiqə ətrafı gözdən keçirdikdən sonra öz istəyinə nail olub. O, maşının arxa qapısını açaraq orda olan əl çantasını götürərək qaçıb. 
 
Oğrunun bu əməli ətrafdakı mağazanın müşahidə kamerasına düşüb. 
 
Həmin görüntüləri təqdim edirik:
 



 

OXŞAR XƏBƏRLƏR