Tanınmış kinooperator 70 yaşında dünyasını dəyişdi

MƏDƏNİYYƏT
11:55 31.05.2013
1619
Azərbaycan kinosunda özünəməxsus iz qoymuş kinooperator Fikrət Əsgərov dünən ömrünün 70-ci ilində dünyasını dəyişib. AZXEBER.COM-un məlumatına görə, 1943-cü ildə Gəncə şəhərində doğulan Fikrət Əsgərov 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini (B.Volçekin emalatxanasını) bitirib.1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasıda işləyib. Tanınmış operator “Qayınana”, “Yük”, “Kişi sözü”, “Möcüzələr adası”, “Toy”, “Bizi bağışlayın” vəs kimi məşhur filmlərin quruluşu operatoru olub.

OXŞAR XƏBƏRLƏR