Tanınmış komediyaçı Hasan Can Kaya saxlanıldı

Tanınmış komediyaçı Hasan Can Kaya saxlanıldı
DÜNYA
12:25 14.06.2024
158
İstanbulda universitetin məzun gecəsinə qatılan 23 yaşlı gənc qız tanış olduğu məşhur komediyaçı Hasan Can Kayanın evinə gedib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin gecə gənc qız evdən çıxmaq istəyərkən onu Kayanın saxladığı iddia edilir.
 
Gənc qız dostuna canlı məkan göndərərək "Məni evdən buraxmır. Xilas et" deyərək kömək istəyib və dostu onu xilas edib.
 
Tərəflər polis bölməsinə aparılsa da, gənc qız şikayət etmədiyi üçün Həsən Can Kaya sərbəst buraxılıb.

Polis bölməsində ifadəsi alınan Kaya ittihamları rədd edərək, iddia edilən hadisələrin baş vermədiyini, gənc qızın evdə olarkən həmin evdə başqa qadınların olduğunu iddia edib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR