Tanınmış kosmetoloq: 'Xanımlar bu kosmetik vasitələrdən istifadə etməsin' - SİYAHI

MAQAZİN
17:57 27.01.2012
41888

Son dövrlər xanımların istifadə etdikləri kosmetik məhsulların keyfiyyəti ilə bağlı redaksiyamıza çoxsaylı oxucu məktubları gəlir. Oxucularımızdan Nərmin Əliyeva redaksiyamıza ünvanladığı məktubda kosmetik məhsulların keyfiyyəti ilə bağlı narahatçılığını bildirib: “Mən 1 ildir ki, eyni kosmetik vasitələrindən istifadə edirəm. Məni narahat edən məsələ isə istifadə etdiyim məhsulların müddətidir. Bilmək istərdim ki, eyni kosmetik vasitələri 1 ildən çox istifadə etmək olarmı? Çünki kosmetoloqlar tərəfindən hələ bu barədə bir açıqlama eşitməmişəm. Bu vasitələri neçə aydan bir dəyişmək lazımdır?”

Məsələ ilə bağlı AZXEBER.COM portalı tanınmış kosmetoloq Nigar İbrahimovadan müsahibə alıb.

- Nigar xanım, kosmetik vasitələrdən düzgün istifadə hansı şəkildə olmalıdır?

-Ümumiyyətlə, tonal krem, pudra, tuş, dodaq boyası kimi kosmetik vasitələri heç olmasa 6 aydan bir dəyişmək lazımdır. Bəzi markalar vardır ki, onlar hətta alındıqdan 2 ay sonra pis qoxu yaradır. Bu vəziyyətdə həmin vasitədən istifadə etmək olmaz. Əsas diqqət edilməli məsələlərdən biri də başqalarının tuş, blesk və ya ənliyindən istifadə etmək olmaz. Bu yolla hər hansı bir xəstəliyi özümüzdə bilmədən yaya bilərik. Tuşdan göz kipriklərinə istifadə zamanı tuşun qapağını yaxşı bağlamaq vacibdir. Alındıqdan 2 ay sonra təzə dəmlənmiş çaydan 2 damcı götürüb tuşa damlatmaq lazımdır. Bu zaman həm tuşdakı quruluğun, həm də mikrobların çoxalmasının qarşısını almış olacağıq.

Göz qələmlərindən isə hər bir xanım individual olaraq istifadə etməlidir. Baxmayaraq ki, qələmin ucu hələ təzə təmizlənib və itidir. Hər istifadədən sonra bir daha qələmin ucunu təmizləmək lazımdır.

Pudrayla bağlı məsləhətim ondan ibarətdir ki, bu kosmetik vasitədən çox istifadə olunmasa daha yaxşı olar. Çünki pudra insanın üz dərisini qurudur.

Tonal kremlər isə son zamanlar xanımlarda daha çox problemə çevrilib. Belə ki , istənilən markanın tonal kremindetən istifadə etmək olmaz. Həmçinin, tonal krem üzün böyük bir hissəsinə çəkildiyi üçün xanımlar əsasən bu vasitədən doğru –düzgün istifadə etməyə çalışırlar. Həm də onu deyim ki, bu onlarda yaxşı alınmır.

- Nigar xanım, tonal kremlərin istifadəsi ilə bağlı müxtəlif fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?

-Əvvəlcə üzə neytral baza vurulmalıdır. Daha sonra tonal kremdən istifadə etmək olar. Ümumiyyətlə yaxşı olar ki, xanımlar üz dərisindən 1 ton açıq olan tonal kremdən istifadə etsinlər.Çünki üzdə qaldıqca o tündləşir. Həftədə heç olmasa 1 dəfə nəmləndirici, qidalandırıcı maskalardan istifadə etmək lazımdır.

- Hansı markaları xanımlara məsləhət görmürsünüz?

-“Pupa”, “Jade”, “Pastel”, “Maybelline” kimi markaların kosmetik vasitələrini xanımlara məsləhət görmürəm. Xüsusən üz dəriləri həssas olan xanımlar bu vasitələrdən istifadə ediblərsə mənimlə tam razılaşacaqlar. Həmçinin, xanımlara bir xoş xəbər də verim ki, artıq keyfiyyətli məhsullarla daha asan təmin ediləcəklər.

- Nigar xanım, bir kosmetoloq kimi, hansısa bir dünyaca məşhur brendi Azərbaycana gətirməyi düşünürsünüzmü?

- Hazırda danışıqlar başa çatmasa da onu deyim ki, Azərbaycanda ilk böyük “MAC”, “Make Up For Ever”, “Kryolan” kosmetik vasitələrinin satışını həyata keçirəcək mağazanın açılmasına çalışıram. Güman ki, bu işdə xanımlar da bizim qədər maraqlı olacaqlar.

Gülnarə BAYRAMOVA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb