Tanınmış smartfon istehsalçısı "Samsung Electronics" 2024-cü ilin əvvəlində təqdim etdiyi "Galaxy S24" seriyası ilə süni intellekt texnologiyalarına investisiya edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu istehsalçı dünya üzrə 75 min işçisi və 6 min 248 patenti ilə ən çox patent sahibi şirkət olaraq önə çıxır.
Beləliklə "Samsung" şirkəti mobil cihazlarda quraşdırılmış süni intellekt təklif edən ilk brend olub.
"Galaxy S24" Series ilə təqdim edilən bu yenilik One UI yeniləmələri ilə köhnə modellərə də ötürülür və daha çox istifadəçi Galaxy AI ilə tanış olmaq imkanı əldə edir.
Qeyd edək ki, "Samsung Electronics" süni intellektə etdiyi sərmayələrlə istifadəçi təcrübələrini dəyişdirməyi və süni intellektin təqdim etdiyi imkanları hər kəs üçün əlçatan etməyi hədəfləyir.
"Samsung" mobil cihazlardan tutmuş ağıllı ev həllərinə qədər hər sahədə süni intellektin sərhədlərini genişləndirərək öz innovasiya gücünü istifadəçilərinə təqdim etməyə davam edir.