Dünyaca məşhur rus iş adamı Valeri Koqan nəvəsinin İngiltərədəki toyu üçün 3,5 milyon funt-sterlinq (8 milyon manat) ödəyib.
Koqan nəvəsinin toyuna Meraya Keri və Elton Conu da dəvət edib.
Zəngin iş adamı 19 yaşlı nəvəsi üçün gecəsi 450 min funt-sterlinq olan Londondakı "Landmark Hotel"də dəbdəbəli bir toy edib.
Meraya iş adamının nəvəsi İren Koqan və kürəkən Daniel Keveyin ötən gün baş tutan toyunda çıxış etmək üçün ABŞ-dan İngiltərəyə gəlib.(milli.az)