Türkiyənin "Beşiktaş” klubunun oyunçusu Dorukan Tökoz İnstagram sosial şəbəkəsində tanınmış türk modellə tanışmaq istədiyini bildirib.
AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, model isə yazışmaları çəkərək İnstagram hesabında hekayəyə qoyub və oyunçunu biabır edib. Futbolçu bu hadisədən sonra yazdığı mesajları silib. Sudə adlı model bir neçə futbolçunu belə ifşa edib.
Xatırladaq ki, bu cür hadisələr tez-tez baş verir. Bundan əvvəl Ömər Bayram, Əmrə Mor, Hakan Çalhanoğlu və digər məşhur futbolçular da bu aqibəti yaşayıb. Bəziləri modellərin daha çox məşhur olmaq üçün bu yola əl atdığını deyirlər.


