Tanınmış model Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs özünü günahkar bilməyib

Tanınmış model Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs özünü günahkar bilməyib
KRİMİNAL
16:41 22.01.2024
416
Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin baxış iclası keçirilib.

"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə ona edilən ittihamla özünü təqsirli bilməyib.

O bildirib ki, ona irəli sürülən bütün epizodlar üzrə sübutları məhkəmə istintaqı dövründə təqdim edilərək əsaslandırılacaq.

Daha sonra hakim bildirib ki, iş üzrə ilk olaraq şahidlər ifadə verməlidirlər.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.

Belə ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da "Instagram”da yayıb.

Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir