Tanınmış avstraliyalı model İmojen Entoni bədəninə qum dənələrindən yapışdırılmış bikini ilə podiuma çıxıb.
AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dizayner Bondi Bazerin “Moda həftəsi”ndə iştirak edən İ.Entoni bu qeyri-adi libasa görə iki həftə ərzində ciddi rejimdə qidalanıb.
“Moda həftəsi”ndən sonra İ.Entoni özünün “Twitter” səhifəsində belə bir status paylaşıb:
“Artıq qarşıma çıxan hər şeydən yeyəcəm. İki həftə heç karbonhidrat yemədim və buna haqq etdim.
Əgər uşağınız qarşıma çıxarsa, onu gizlədin, yoxsa yeyərəm” .




