Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs üç milyon manatı necə mənimsəyib?

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs üç milyon manatı necə mənimsəyib?
SOSİAL
23:44 22.05.2024
306
Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, Kənan Rəsulov Avropa bankı ilə kredit müqaviləsini onsuz reallaşdırıb:

"Bir neçə şirkət var idi ki, onlar Kənanla parnik qurmaq üçün razılaşmışdılar. Onların arasında "Kürdəxanı şitil" və başqa bir Türkiyə şirkəti də var idi. Kənan həmin Türkiyə şirkətinə işlərin qurulması üçün iki milyon dollar pul verməli idi. O, saxta sənəd düzəltmişdi ki, guya həmin şirkətə 800 min dollar pul ödəyib. Lakin o, bankın verdiyi kreditin bir milyonunu mənimsəyib".

Müttəhim qeyd edib ki, Kənan Rəsulov "Kürdəxanı şitil" ilə 2019-cu ildən işləyib. Həmin şirkət toxum satışı ilə məşğul olub. O, həmin şirkətə də pul ödəməli imiş.

Z.Hüseynzadə vurğulayıb ki, bəzi məsələlərlə bağlı Kənan Rəsulovla əlaqə saxlayan zaman Dubayda olduğunu və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə müqavilə bağladığını deyib.

"Kənan Rəsulov istintaqa ifadəsində guya bankla müqaviləni mənim xahişimlə bağladığını deyib. O, 3 250 000 manat vəsaiti özünə borc verərək mənimsəyib. Bunu mən yoxlama zamanı müəyyən etmişdim", - deyə müttəhim bildirib.

Qeyd edək ki, "PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri almasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü