Tanınmış müğənni: ‘O Röyaya öz mahnılarını oxumağı qadağan edib’ – MÜSAHİBƏ

Tanınmış müğənni: ‘O Röyaya öz mahnılarını oxumağı qadağan edib’ – MÜSAHİBƏ
MAQAZİN
00:30 11.04.2012
4197

AZXEBER.COM portalı tanınmış müğənni, Ayaz Qasımovun portalımıza verdiyi müsahibəni təqdim edir.

- Ayaz, sizi efirlərdə daha az görürük. Buna səbəb nədir?

- Doğrudur, tamaşaçılar 2011-ci ildə efirdə məni daha az görürdülər. Ancaq bu il tənbəlliyin daşını atmışam. Yəqin bu belə də davam edəcək. 

- El şənliklərində daha çox olduğunuz üçün efirlərə vaxtınız qalmır? 

- Səbəb tək o deyil. Bildiyiniz kimi, mən ailəliyəm və vaxtımın çox hissəsini ailəmə həsr edirəm. Övladımız dünyaya gəldikdən sonra bir müddət Bakıda olmadım. Amma siz dediyiniz səbəb də daha çox buna təsir edir. Hər gün 6 saat oxumaq müğənni üçün çox çətin bir işdir. 

- Yaxın zamanlarda hər hansı bir yenilik olacaqmı?

- İnşallah, sözləri Xanım İsmayılqızının olan və musiqisi Aygün Səmədzadəyə məxsus “Neyləyək şəhər ikimizindir” adlı mahnı artıq radiolarda səslənir. Bu mahnıya klip də çəkdirmək istəyirəm. Daha sonra öz saytımı yeniləmək fikrim var. Bir də Azad İsayev mənə “Sevgilimi istərəm” adlı mahnını hədiyyə edəcəyini söyləyib. Bildiyiniz kimi, o Röyaya öz mahnılarını oxumağı qadağan edib. 

- Sizcə, Azad İsayevin hədiyyə edəcəyi klip söz olaraq qala bilərmi?

- Azad İsayev mənim ən yaxın dostlarımdan biridir. Onunla yaxşı münasibətimiz var. Mən əvvəlcə təklif etdim ki, bu mahnıya klip çəkdirək, ancaq o mahnını mənə hədiyyə edəcəyini bildirdi. Bu işin alınıb-alınmayacağını isə zaman göstərəcək. 

- Ayaz, bir çox həmkarlarınız klip çəkdirərkən xarici rejissorlara üz tuturlar. Siz bu haqda fikirləşirsinizmi?

- Mən bu günə qədər nə etmişəmsə, öz gücümə etmişəm. Ümumiyyətlə böyük danışmağı xoşlamıram. Xarekterim belə deyil. Hazırda öz peşəkar rejissorlarımız var: Ülviyyə Könül, Aqil M. Quliyev, Fuad Əlişov və digərləri. Problem sadəcə ondan ibarətdir ki, bizim rejissorlar müğənnilərin qabağına çox böyük rəqəm qoyurlar. Ona görə onlar xaricə üz tutub, orada eyni qiymətə daha yaxşı klip çəkdirə biləcəklərinə inanırlar. Mən öz adımdan deyim ki, yerli rejissorlarla işləməyə daha çox üstünlük verirəm. 

- Solo konsert haqqında düşünürsünüzmü?

- Sentyabr ayında Heydər Əliyev sarayında konsert verəcəm. Düşünürəm ki, məni sevənlər yay istirahətinin ardından konsertə üz tutacaqlar. - Müğənnilikdən başqa biznesiniz varmı?

- Xeyir yoxdur. Ancaq bu da yaxın zamanlarda planlarım arasındadır.

- Müğənni həmkarlarınızla münasibətləriniz necədir?

- Mən dalaşqan insan deyiləm (gülür). Mənim heç kəslə problemin yoxdur. Başımı aşağı salıb öz işimi görürəm. 

- Siz özünüzü necə müğənni kimi görürsünüz?

- Şişirdilmə populyarlıqla üzə çıxmayan, sənətiylə gündəmə gələn, populyar olan. 

- Sonda öz sevənlərinizə nə deyə bilərsiniz?

Sonda məni sevən hər kəsə təşəkkür edirəm. Onlar demək istəyirəm ki, 2012-ci ildə məni daha çox dinləyəcəklər. Portalınıza isə uğurlar arzu edirəm.  Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib