Türkiyəli müğənni qəzaya düşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin "Hepsi” qrupunun solisti Gülçin Ergül sevgilisi ilə İzmir-İstanbul yolunda avtomobil qəzasına düşüb.
Maşını idarə edən müğənninin biznesmen sevgilisi Erdal Şeyda Lafçı hadisə yerində həlak olub.
Gülçin Ergül Balıkesirdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır, müalicəsini ambulator rejimdə davam etdirəcək.
Qeyd edək ki, Gülçin Ergül 6 illik sevgilisi, iş adamı Erdal Şeyda Lafçı ilə sevgili olduğunu sosial şəbəkə hesabının hekayə bölümündə açıqlamışdı.
Ayşən Mirzəyeva


