Tanınmış müğənni vəfat etdi, ölkədə 3 günlük matəm elan edildi

Tanınmış müğənni vəfat etdi, ölkədə 3 günlük matəm elan edildi
DÜNYA
10:55 10.05.2023
230
Məşhur braziliyalı müğənni, "Rok kraliçası" ləqəbli Rita Li 75 yaşında vəfat edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Linin ölümü ilə bağlı ölkədə üç günlük matəm elan edilib.

Braziliya mətbuatında çıxan xəbərlərdə ölkənin "Rok kraliçası" Linin ağciyər xərçəngindən öldüyü qeyd edilib.

Linin ailəsi Instagram sosial şəbəkəsində verdiyi açıqlamada sənətçinin Sao Paulo şəhərindəki evində dünyasını dəyişdiyini bildirib.

"Baila conmigo” və "Mania de voce” əsərləri ilə ölkədə böyük şöhrət qazanan Li 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.

İki Latın Grammy də daxil olmaqla çoxsaylı mükafatlar qazanan Li; O, ölkədə piano, fleyta, banco, harmonika, klassik və elektrik gitaralarında ifa edən çoxşaxəli sənətkar kimi tanınıb.

Sənətçinin San Paulonun ikinci böyük parkı İbirapuera Parkında təşkil olunacaq mərasimlə son səfərinə yola salınacağı paylaşılıb.
 
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Linin ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan etdiklərini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR