Tanınmış oftalmoloqu maşın vurdu

Tanınmış oftalmoloqu maşın vurdu
SOSİAL
12:23 04.07.2024
1138
Tanınmış oftalmoloqu maşın vurub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR