“Parkour Around The Globe” layihəsi çərçivəsində özünün “dünyadakı 7 möcuzəsi”nin axtarışlarını edən 28 yaşlı britaniyalı idmançı Rayan Doyl bu yaxınlarda Bakıda olub.
AZXEBER.COM-un məlumatına görə, Rayan Doyl bildirib ki, o, Bakıda öz üfülərini genişləndirərək, mənəvi səyahət həyata keçirmək istəyib.Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, İçərişəhərdəki Şirvanşahlar Sarayı, neft buruqları, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Azərbaycan Dövlət Filarmoniyasının qüllələri, qədim Bakının damları Rayan Doylun öz unikal tullanışlarını etdiyi yerlərdən bəziləridir.