Tanınmış prodüser Robin Kaye və əri Tomas Deluka iyulun 10-da ABŞ-nin Los-Anceles şəhərindəki evlərində ölü tapılıblar.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, cütlüyün ölümü ilə bağlı bir müddətdir davam edən istintaq başa çatıb və hadisənin təfərrüatı müəyyənləşib.
Qətl hesab edilən hadisədə cütlüyün çoxsaylı güllə yaraları aldığı dəqiqləşib. Deluka vurulduqdan bir neçə saniyə sonra ölüb, Kaye isə bir neçə dəqiqə sağ qalıb.
Cütlük iyulun 10-da ərzaq alış-verişindən sonra evə qayıdarkən oğurluqla qarşılaşıb. Məlumata görə, cütlüyün evinin giriş qapısı açılıb və onların siqnalizasiyası söndürülüb. İddialara görə, uzun müddət cinayət keçmişi olan şübhəli cütlüyü tapançası ilə vuraraq öldürüb.
Cəsədlər dörd gün sonra Los-Anceles Polis Departamentinin əməkdaşları tərəfindən tapılıb. Şübhəli ertəsi gün həbs olunub və iki qətl maddəsi ilə ittiham edilib. Cinayətkar avqustun 20-də məhkəməyə gəlib, lakin suallara cavab verməkdən imtina edib.
Hazırda şübhəli həbsxanada saxlanılır.
Mikayıl