Tanınmış şəxs təcavüzkar çıxıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hollywoodda məşhur bir prodüserin iki qadını öldürməsi iddia edilib. David Pearce adında prodüser 2010-2021-ci illər arasında 9 qadına təcavüz etməkdə ittiham olunub.
Los-Anceles dairə prokuroru Corc Gascon verdiyi açıqlamada bildirib ki, həddindən artıq dozada narkotik qəbul edən iki qadının ölümünə səbəb olmaqda günahlandırılan prodüser David Pearcenın başqa qurbanları da ola bilər.
Mətbuata açıqlama verən Gascon 13 noyabr 2021-ci ildə cəsədləri iki ayrı xəstəxanada qalan Christy Giles və onun dostu Hilda Marcela Cabrales-Arzolanın ölümündə David Pearcenin ittiham olunduğunu rəsmən açıqlayıb.
37 yaşlı Pearce həbs edilib və o, bir çox qadına təcavüz və cinsi təcavüzdə də günahlandırılıb.
Gascon verdiyi açıqlamada Pearcenin iki qadının ölümü ilə əlaqəsi üçün kifayət qədər əlavə sübutların olduğunu söyləyib.
Hazırda həbsdə olan Pearce üçün 3,4 milyon dollar cəza pulu təyin edilib, lakin Pearce bu məbləği ödəyə bilməyib. Məhkəmə iyulun 11-də keçiriləcək.
Ayşən