Təşkilatçı Nahid Emiloğlu xəstəxanalıq olub.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, təşkilatçının ürəyində problem yaranıb.
Əməkdaşımızla söhbətində N.Emiloğlu hazırda səhhətinin yaxşı olduğunu bildirib:
"Ürəyimdə problem var. İstilərdən kiçik bir kriz keçirtdim. Xəstəxanaya çatdırdılar, həkimlər tez müdaxilə etdi. Bu gün evə buraxıldım.
Xəbər yayılıb ki, ikinci dəfə infarkt keçirmişəm. 2013-cü ildə infark olmuşdum. Ona görə də tanışlar elə bilib ki, ikinci dəfə də o halı yaşadım".