Tanınmış psixoloq Dəyanət Rzayev özünü öldürdü - FOTO

SOSİAL
00:36 26.01.2017
108002
Psixoloq Dəyanət Rzayev intihar edib.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib.
 
Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb. Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər.
 
Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.
 
AZXEBER.COM-un əldə etdiyi bir digər məlumata görə, psixoloq bu addımı atmazdan öncə öz sosial şəbəkədəki hesablarının hamısını bağlayıb. 


OXŞAR XƏBƏRLƏR