Tanınmış rusiyalı teleaparıcı özünü güllələdi

Tanınmış rusiyalı teleaparıcı özünü güllələdi
MAQAZİN
00:17 12.11.2017
4435
Rusiyanın məşhur teleaparıcısı Boris Notkinin meyiti tapılıb.
 
AZXEBER.COM olke.az-a istinadən xəbər verir ki, aparıcının meyitini həyat yoldaşı tapıb. 1942-ci il təvəllüdlü aparıcının başında güllə yarası aşkar edilib. Onun yanında silah olub.
 
Hadisə yerinə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Araşdırmalar zamanı məlum olub ki, meyitin yanından tapılan silan onun özünə məxsus olub. Tapançanın sənədləri qaydasında olub.
 
Aparılan araşdırmalardan sonra Boris Notkinin intihar etdiyi məlum olub. Faktla bağlı istintaq davam edir.
 
Qeyd edək ki, Boris Notkin "TV Center” telekanalının rəhbərlərində biridir. O, həmçinin "Boris Notkin dəvət edir” verilişinin aparıcısı və rəhbəridir.
 

OXŞAR XƏBƏRLƏR