AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib.
Bu barədə onun yaxınları məlumat veriblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, Sərvət Hüseynov uzun illər məhkəmə sistemində çalışıb. O, 10 ildən artıq Bakı İnzibati Məhkəməsində, 15 ildən artıq Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyib.