Tanınmış sənətçilər kimsəsiz uşaqlar üçün konsert verdi - FOTOLAR

MƏDƏNİYYƏT
13:49 08.04.2013
1969

“Z Media Group” və Bakıda yeni açılan restoranın müdiriyyəti tərəfindən Suraxanı rayonu 7 saylı uşag evinin sakinləri üçün xeyriyyə süfrəsi hazırlanıb.

AZXBEER.COM-un məlumatına görə, tədbirdə xalq artisti Flora Kərimova, əməkdar artistlər Nüşabə Ələsgərli və Rühəngiz Allahverdiyeva, o cümlədən, populyar layihələrin rəhbəri və aparıcısı, tanınmış prodüser, bəstəkar Sədaqət Rəşidqızı və başqaları iştirak edib.

Tədbiri təşkil edən xeriyyəçilər tərəfindən uşaqlar evinin sakinlərinə hədiyyələr də verilib. Müğənnilər də gözəl ifaları ilə körpələrlə birlikdə rəqs ediblər. Qeyd edək ki, xeriyyə tədbirinin təşkilatçısı Pərviz Əzimzadə olub.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR