Bir neçə gün öncə narkotik istifadəçisi kimi həbs olunan Türkiyənin tanınmış stilisti Hakan Akkaya azadlığa buraxılıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün keçirilən məhkəmədə H. Akkaya və şübhəli bilinən 10 nəfərdən biri azadlığa çıxıb. Məhkəmə zalından çıxıb maşına oturan stilist jurnalistlərin suallarını cavabsız qoyub.