Tanınmış teleaparıcı Azərbaycandan getdi: Buna məcburam

Tanınmış teleaparıcı Azərbaycandan getdi: Buna məcburam
MAQAZİN
15:34 27.10.2016
1507
Aktyor, aparıcı Sərxan Kərəmoğlu Azərbaycanı tərk edib.
 
AZXEBER.COM xəbər verir ki, o ölkəni tərk etməsi və onun səbəbləri haqda sosial şəbəkədə yazıb: "Bakını tərk etmək məcburiyyətində qaldım. Axı niyə? Niyələr çoxdur. Əziz dostlarım və media həmkarlarım, Bakıda qalırsan bir, çıxırsan başqa bir problem. Səhhətimdəki problemi həll etmək və yeni layihələrə beynimi yeniləmək üçün bir neçə ay zamana ehtiyacım var. Allaha əmanət olun, bir-birinizin qiymətini bilin. Sonra çox gec olacaq, həm də çox. Allah bizə və sizə yardımçı olsun. Sizləri sevirəm, bunu şablon olaraq yazmıram. Bakı, sənsiz darıxacam, qeybətlərdən, söz-söhbətlərdən, ayaqaltı qazmalardan. Ən az sənin kökün üçün darıxacam”.
OXŞAR XƏBƏRLƏR